Rütbəsi artırılan zabitlər kimlərdir?



26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, general-mayor Namiq İslamzadəyə general-leytenant, polkovniklər Vilayət Quluyev və Həsən Əlövsədova general-mayor ali hərbi rütbəsi verilib.

Generalların üçü də Vətən müharibəsinin iştirakçısı olub.

Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır. O, 44 günlük zəfər tariximizdə iştirakı ilə əlaqədar "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Bundan başqa, "Heydər Əliyevin 100 illiyi" (1923–2023) yubiley medalına layiq görülüb.

Bu gün general olan Vilayət Quluyev də Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb. Füzuli, Cəbrayıl, Hadrut və bir çox istiqamətlərdə yaşayış məntəqələrinin işğaldan azad edilməsində iştirak edib. O, Şuşanın azad edilməsində də iştirak edən zabitlərdəndir. V.Quluyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə "Rəşadət" ordeni ilə təltif edilib.

Polkovnik Həsən Əlövsətov da Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıq nümayiş etdirib. Polkovnik Əlövsətov Hərbi Hava Qüvvələrində xidmət edib. Müharibədən sonra Prezidentin Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif edilib. Əslən Şabran rayonundan olan H.Əlövsətov "Mi-17" vertolyot eskadrilyasının komandiri olub.

Hiç yorum yok:

Yorum Gönder

Pages