Rahim Sadıqbəyli Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində (1982), Moskvada Ali rejissorluq və ssenari kurslarında (1989-1991) təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti və ikinci rejissor (1988-1993), AzTV-də rejissor (1993-1998), ANS-də prodüser və efir rejissoru (1998-1999), İnternews-də prodüser (1999-2000), STV-də redaktor (2000-2001), ATV-də yaradıcılıq işləri üzrə vitse prezident (2001-2003) vəzifələrində çalışıb. 2005-ci ildən İsveçdə yaşayır. 2010-cu ildə İsveçin Linköping bələdiyyəsində web tv prodüseri və 2011-ci ildən ictimai telekanal olan UR-də sujetlər prodüseri kimi fəaliyyətdədir. Xaricilərə ünvanlanmış proqramlar departamentinin prodüseri və məsləhətçisidir. Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin təsisçisi və rəhbəridir.
Filmoqrafiya:
Doğma sahillər (1989, tammetrajlı bədii film) – rejissor assistenti
Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – rejissor assistenti
Qətl günü (1990, tammetrajlı bədii film) – rejissor assistenti, aktyor (gənc Zülfüqar)
Nakəs (1991, tammetrajlı bədii film) – ikinci rejissor
Əzablı qurtuluş (1993, sənədli film) – rejissor, ssenari müəllifi
Qırmızı qatar (1993, tammetrajlı bədii film) – ikinci rejissor
Qisas günü (1993, sənədli film) – ikinci rejissor
“Atikva” ümid deməkdir (1994, sənədli film) – rejissor, ssenari müəllifi
Azərbaycan vətənimdir. Nisim Nisimov (1994, sənədli film) – ikinci rejissor
İşğal (1994, sənədli film) – rejissor assistenti
Qara ney (1994, sənədli film) – ssenari müəllifi
Hacı Arif (1995, sənədli film) – ikinci rejissor
Novruz (1995, sənədli film) – rejissor
Bəyaz həyat (2003, bədii serial) – rejissor, ssenari müəllifi
Hiç yorum yok:
Yorum Gönder