Ərdoğan Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi təsdiqləyib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.

Bununla bağlı fərman "Resmi Qazete"də dərc olunub.

Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol" qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"i də təsdiqləyib.

Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Saziş, həmçinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyası kontekstində iki ölkə arasında qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi daşıyır.

Hiç yorum yok:

Yorum Gönder

Pages