Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, Azərbaycan xalqını, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı, hörmətli veteranlarımızı və hal-hazırda xidmət edən hərbi qulluqçularmızı, polis əməkdaşlarmızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşların və hərbi qulluqçuların və polis əməkdaşlarmızın ailə üzüvlərini, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni naliyyətlər arzulayırlar.
Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər ovladına mərhəmət və dözümlülük təlqin edən islam dininin insanlar üçün hidayət yolu seçilməsi əlamətdardır.
Bu mübarək bayram bütun dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədələt naminə hazır olmalarını təcəssüm etdirir.
Müqqədəs islami dəyərlərə bağlılığı ilə secilən Azərbaycan xalqı əsirlər böyu, hətta ən mürəkkəb dövürlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükrananlarnı bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.
Bayram günləri müsəlmanlarmız Allah və dini yolunda öz müqqədəs borcunu yerinə yetirir,qurbanlar kəsilir,imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir.
İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq,ölkəmizdə vətəndaş sülhünü və milli- mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir.
Hörmətli veteranlarmız, ehtiyatda olan və hal hazırda xidmət edən hərbi qulluqçularmız,polis əməkdaşlarmız və vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş olmuş şəxslərin ailəri!
Kəsdiyniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birnizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrnizə bol ruzu-bərəkət arzulayiram.
Bayramnız mübarək olsun.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder