«Qarabağ»ın qapıçısı Luka Quqeşaşvili yeni dəvət alıb.
25 yaşlı kiperə bu dəfə Şotlandiyadan təklif gəlib.
Üç il öncə avrokuboklarda «köhlən atlar»a rəqib olmuş «Aberden» gürcü «əlcək sahibi»nin qapısını döyüb.
Luka hazırda Almaniyadadır - ölkəsinin millisinin heyətində Avropa çempionatına aparılıb. O, qitə birinciliyindən sonra yeni klubunu müəyyənldəşdirəcək.
99 faiz ehtimalla, «Qarabağ»da qalmayacaq.
Böyük Britaniya təmsilçisi Azərbaycan çempionunun «Yagelloniya»dan (Polşa) heyətinə qatdığı və 2 illik müqaviləsi qüvvədə olan qapıçıya görə təzminat ödəyəcək.
Hiç yorum yok:
Yorum Gönder