Polkovnik Şahin Bəylərov vəfat etdi




  Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Naxcıvan Muxtar Respubilkasında  yerləşən əlahiddə hərbi hisənin və  Daxili Qoşunların Baş İdarəsinin mənəvi -pisxoloji hazırlıq şöbəsinin həyatında  öz dəst xətti  və xüsusi xidmətləri olan,peşəkarlığı,humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti və sadəliyi ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş polkovnik Bəylərov  Şahin Yahya oğlu  9- iyun 2024- cü il tarixdə  saat 15 .00 radələrində    qəflətən Bakl şəhərində   vəfat edib.
24 iyun 1977-ci ildə Naxcıvan Muxtar Respubilkasının Şahbuz rayonunun Güneyqışlaq kəndində  zəhmətkeş bir ailədə anadan olmuşdur.
Şahin Bəylərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənpərvər və işgüzar zabit kimi  üzərinə düşən vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.O,2000-ci ildən etibarən Din-in Daxili Qoşunların Naxcvan şəhərində yerləşən hərbi hissədə bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri, tərbiyə bölməsinin rəisi-baş təlimatcı,əlahiddə hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsində isə mənəvi-psixoloji şöbənin rəisi  vəzifələrində Millətə,Vətənə,Dövlətə və Xalqa  sədaqətlə xidmət etmişdir.Azərbaycan Respubilkası Prezidentinin 2012-ci il tarixli sərancamına əsasən “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdir.
Daxili işlər nazirliyi Daxili Qoşunların Komandanlığı,Daxili Qoşunların şəxsi heyəti və hərbi vəzifələri polkovnik Bəylərov Şahin Yahya oğlunun qəflətən vəfatından kədərləndiyini bildirir və dərin hüznlə doğmalarına, yaxınlarına başsağlığı verir.  
Polkovnik Şahin Bəylərov 10 iyun 2024 -cü il tarixdə Naxcvan şəhərinin Əliabad qəsəbə   qəbirsanlığında dəfin ediləcək. Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Allah hər kəsin dünyasını dəyişən əzizlərini rəhmət eləsin.Amin!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı
polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages