Polkovnik Şahin Bəylərov əgər yaşasaydı iyun ayının 24 -də 47 yaşı olacaqdı.

 

  Daxili İşlər Nazirliyinin  (Din-in) Daxili Qoşunlarının  həyatında  öz dəst xətti  və xüsusi xidmətləri olmuş, peşəkarlığı,humanistliyi,dərin zəkasl,gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti,işgüzarlığı,səmərəli fəaliyyəti,intellektulal səviyyəsi,iradi və mənəvi keyfiyyətləri  ilə seçilən,ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda keçirmiş,”Vətən müharibəsiiştirakcısı” polkovnik Bəylərov  Şahin Yahya oğlunun iyun ayının 24-də dünyaya göz acaığı  gündür.Şahin Bəylərov əgər     yaşasaydı  iyun ayının 24 -də 47 yaşı olacaqdı.O,9 iyun 2024- cü il tarixdə   Bakl şəhərində  qəflətən ürək tutmasından vəfat edib,10 iyun 2024-cü il tarixdə Naxçıvan şəhəri  Əliabad qəsəbəsində dəfn olunub.
Polkovnik   Bəylərov Şahin Yahya oğlu 24 iyun 1977-ci ildə Naxcıvan Muxtar Respubilkasının Şahbuz rayonunun  Qızıl Qışlaq kəndində  zəhmətkeş bir ailədə anadan olmuşdur.
Şahin Yahya oğlu Bəylərov Daxili Qoşunlarda xidmət etdiyi illər  ərzində Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşrıqların yerinə yetirilməsində Vətənpərvər və işgüzar zabit kimi  üzərinə düşən vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmişdir.O,2000-ci ildən etibarən Din-in Daxili Qoşunların Naxcvan şəhərində yerləşən hərbi hissədə bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri,hərbi hissənin tərbiyə bölməsinin rəisi-baş təlimatcı,əlahiddə hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini,Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının  Şəxsi heyət   üzrə idarə rəisinin müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi  vəzifələrində Millətə,Vətənə,Dövlətə və Xalqa  sədaqətlə xidmət etmişdir.
Öz xidməti  vəzifələrini,hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə  və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,hərbi hissə komandirinin müvafiq əmirləri ilə  əla xidmətlərə  görə  əlacı və yubiley döş nişanları ilə təltif edilib,bir çox fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlandırılmış,ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif olunmuşdur:
1.”Qüsursuz xidmətə görə 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə  görə;
2.”Qüsursuz xidmətə  görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə  15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 -illiyi (1918-2013)” yubiley medalı ilə;
6.”Azərbaycan  Respublikasının Silahlı Qüvvələrininn 100 iliyyi (1918-2018)” yubiley medalı ilə;
7.”Hərbi xidmətdə fəriqlənməyə görə 3 -cü dərəcəli medal ilə; 
Azərbaycan Respubilkasının işğal edilmiş ərazilərinin  azad olması ücün 44 günlük Vətən Müharibəsi döyuş əməliyyatlarında fəal iştirak etdiyinə görə polkovnik Şahin Yahya oğlu Bəylərov  “Vətən Müharibəsi İştirakcısı” medalı ilə təltif olunmuşdur.
Azərbaycan dövlətçiliyinin qorunmasında,ictimai təhlükəsizliyin təmin edilməsində,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  yüksək peşəkarlığ göstərdiyinə görə Azərbaycan Respubilkası Prezidentinin 2012-ci il tarixli sərancamına əsasən polkovnik Bəylərov Şahin Yahya oğlu “Hərbi xidmətlərə görə” medal ilə təltif olunmuşdir. 
Heyf  ki, biz  2024-cü ilin iyun ayının 9-da Şahin Bəylərovu itirdik. Lakin o, qəlblərdə yaşayır və yaşayacaq.
 Allah həmkarmıza qəni-qəni rəhmət eləsin. Məkanı cənnət, ruhu daima şad olsun.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik  Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages