Polkovnik Şahin Bəylərov dəfn edildi.




Daxili işlər nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə idarəsinin rəis müavini-mənəvi -psixoloji hazırlıq  şöbənin rəisi polkovnik Bəylərov  Şahin Yahya oğlu  dəfn olunub.
9 iyun 2024-cü  il tarixdə  Bakı şəhərində qəflətən ürək catışmazlığından dünyasını dəyişmiş “Vətən müharibəsi iştirakcısı” bir çox medallarla və əla xidmətıərə görə döş nişanı ilə təltif edilmiş, mərhum Şahin Bəylərov iyun ayının 10 -da Naxcvan şəhər Ələbad qəsəbə  qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları, Naxçıvan Muxtar Respubilkasının və Naxçıvan şəhərinin rəhbərliyi, Naxçıvan Muxtar Respubilkasının Daxili işlər naziri, Daxili Qoşunlar Komandanın müavini -Şəxsi heyət üzrə idarənin rəisi, Daxili Qoşunların Naxcvan Muxtar Respubilkasında yerləşə   əlahiddə  briqadanın rəhbərliyi və şəxsi heyəti,Daxili Qoşunların ehtiyatda və istefada olan zabit və gizirləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Naxçıvan Muxtar Respubilkasının idarə heyətinin üzvləri,Naxçıvan şəhər ictimaiyət nümayəndələri, müharibə veteranları (qazilər) və  qəsəbə  sakinləri iştirak ediblər.Dəfin  mərasimdə hərbi orkestrin ifasında Dövlət himini səsləndrlib,daha sonra yayım atəşi aclıb.
Allah rəhmət eləsin,məkanı cənnət olsun.Amin!




Hiç yorum yok:

Yorum Gönder

Pages