Polkovnik-leytenat Vüqar Aydınov əgər yaşasaydı 56 yaşı olardı.



 Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst - xətt  olan,  peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,sadəliyi, səmimiyyəti,işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 32 ildən cox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş  polkovnik leytenat Aydınov Vüqar Əlirza  oğlunun iyun ayının  4 -də dünyaya göz acdığı gündür,Vüqar Aydınov əgər yaşasaydı  iyun ayının      4-də 56 yaşı tamam olardı.Vüqar Aydınov 2018-ci illin  oktyabr ayın 9 -da Bakı şəhərində vəfat edib,Ucar rayonunda  isə dəfin edilib.  
Peşəkar hərbi zabit, xeyirxah, vətənpərvər  və torpağına bağıı gözəl insan Aəzbaycan Respubilkasının Silahlı Qüvvələr və  Muharibə Vetetanı polkovnik leytenat  Aydınov Vüqar  Əlirza oğlu  1968 -ci ilin iyun ayının 4-də  Ucar rayonunda k zəhmətkeş  bir ailədə anadan olmuşdur.Əslən Ucar rayonunun  Qazqumlaq kəndindən idi.
 Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Vüqar Ay ınov  1985- cü ildə  Ucar  rayonun 1 nömrəli orta məktəbi, 1988 - ci ildə Perm   hərbi məktəbi, 2006-cı ildə isə   Cin xalq ordusunun milli müdafiə hərbi akademiyasında briqada və bölkə  komandiri vəzifələri üzrə ixtisas artırma kursunu bitrmişdir.  O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində kecirlən   bir çox təlim- metodiku toplanışlarda,  xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərində,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.. 
Heç kəsi  özündən incitməyən, xoş rəftarı  və şirin dili  ilə hər kəslə doğmalıq yaradan  Vüqar Əlirza oğlu Aydınov Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində  rəhbər vəzifələrdə xidmət etdərkən  bi cox komissiyaların və məqsədli qurupların sədri və üzvü olarkən səmərəli fəaliyyəti ilə,  işgüzarlığı və mənəvi keyfiyyətilə Daxili işlər Nazirliyinin rəhbərliyinin və Daxili Qoşunlar Komandanlığının  daimi diqqət mərkəzində olmuşdur.
   Aydınov Vüqar Əlirza oğlu 1988-1991- ci illərdə Sovet Ordusunda  müxtəlif vəzifələrdə  calışmışdır.
1992-2018-ci illərdə  Daxili işlər nazirliyi Daxili Qoşunların  Nərmanov,Hacıqabul, Binəqədi və Zakatatala rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində yerləşən hərbi hissələrində tabor komandiri,hərbi hissə komandirinin müavinini - qərargah rəisi,  hərbi hissə komandiri,  Daxili Qoşunların Bas İdarəsində isə aviasiya və əməliyyat şöbələrində baş zabit vəzifələrində Millətə, Vətənə, və Xalqa  sədaqətlə xidmət etmişdir.
       
 Vüqar Əlirza oğlu Aydınov  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
        Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində  və islah- əmək müəssisələrində  kütləvi  iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında,  zərərsizləşdirilməsində, şəhərlərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar  və hərbi vəziyyət  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  Vüqar Aydınov üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
     
 Hərbı yoldaşları Vüqar  Aydınovu vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanmışdır.
Öz xidmət  vəzifələrini və  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı  və yubiley döş nişanları ilə təltif edlib, bir cox  fərmanlarla,diplomlarla,qiymətli hediyələrlə mükafatlandırlıb, təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif edilib:
1."Azərbaycan Respubilkası  Silahlı Qüvvələri Veteranı medalı ilə;
2."SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)”  70 illiyi yubiley  medal ilə;
3."Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin  10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;
4."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin  90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi  (1918 - 2013 )” yubiley medalı ilə;
6."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı - Silahlı Qüvvələrdə  20  təqvim ili xidmətə görə;
7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;
8.”Qusursuz  xidmətə  görə” 3-cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
Azərbaycan Respubilkasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında,mütəşəkkil cinayətkarlığa,terrorçluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin zərərləşdirilməsində xüsusilə  gəriqləndiyinə, şücaət və igidlik göstərdiyinə  görə Azərbaycan Respubilkası Prezidentinin  müvafiq sərancamına əsasən polkovnik leytenat Aydınov Vüqar Əlirza oğlu “ Hərbi xidmətlərə görə” medalı ilə  təltif  olnmuşdır.
ALLAH RƏHMƏT ELƏSİN VÜQARA, MƏKANI CƏNNƏT  OLSUN!
Azərbaycan Vətən Müharibəsi
Veteranları İctimai Birliyi (Avmvib)
sədrinin müavini polkovnik Salman Musayev.

Hiç yorum yok:

Yorum Gönder

Pages