Polis polkovnik-leytenantı saxlanıldı



Qaraçay-Çərkəz rəhbərinin müşaviri Eldar Bayçorov, Daxili İşlər Nazirliyinin respublika üzrə iqtisadi təhlükəsizlik idarəsinin rəisi, polkovnik-leytenant Temirlan Baykulov və Kənd Təsərrüfatı Nazirliyinin bir neçə əməkdaşı saxlanılıb.

Bakmiltv.info Rusiya teleqram kanallarına istinadla bildirir ki, onlar 60 milyon rubl dəyərində dövlət subsidiyalarını oğurlamaqda şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, fırıldaqçılıq sxeminin təşkilatçısı Rusiyanın Şimali Qafqaz Federal Dairəsi üzrə Baş Daxili İşlər İdarəsinin ORX-nin birinci rəhbəri Xüsey Uzdenovdur. Əvvəllər onun qohumlarına subsidiyalar verilib. Fırıldaqçılıq iki il ərzində baş verib.

Hiç yorum yok:

Yorum Gönder

Pages