Cərrah Aleksandr Umnov bildirib ki, pivə sevgisi kişiləri ciddi sağlamlıq problemləri ilə üz-üzə qoyur.
Bakmiltv.info xəbər verir ki, o, "News.ru" ilə söhbətində kişilərə bu içkini içməyin təhlükəli nəticələri barədə xəbərdarlıq edib .
Onun sözlərinə görə, pivə alkoqoliklərində tez piylənmə və metabolik sindrom yaranır: "Buna görə də qanda qlükozanın artması və 2-ci tip diabetin inkişaf etməsinə zəmin yaradır".
Umnov əlavə edib ki, pivənin tərkibindəki ağır metal duzları səbəbindən kişilərdə testosteron istehsalı azalır ki, bu da görünüşün dəyişməsi və intim həyatda problemlər, o cümlədən sonsuzluq təhlükəsi yaradır.
Hiç yorum yok:
Yorum Gönder