MN-in baş direktoru Krosetto ilə görüşdü




Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov İtaliya Respublikasına səfər edib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfər çərçivəsində Baş direktor İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa əsaslandığı qeyd olunan görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə həmçinin birgə layihələr, eləcə də bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages