Mingəçevir Dövlət Universitetində rektor vəzifəsi bu şəxsə həvalə edildi



Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə gətirilib.
Nazir E.Əmrullayevin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən təyin olunub.

İş həyatı: Üzeyir Zeynalov əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, hazırkı təyinata qədər isə Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə sözügedən təhsil ocağının rektoru Şahin Bayramov vəzifəsindən azad olunaraq Xankəndidə yerləşən Qarabağ Universitetinə rektor göndərilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages