Lənkəran: zəfərə 1 gün qalmış şəhid olan Orxan Quluzadənin ad günüdür





Bu gün Vətən müharibəsi şəhidi, 18 düşməni öldürən qəhrəman gizir Orxan Quluzadənin mövlud günüdür. Bu haqda məlumatı Cenublu.az verir.

Orxan Quluzadə 29 iyun 1994-cü ildə Lənkəran şəhərində anadan olub. 2000-cı ildən Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli humanitar təmayüllü lisey-məktəbdə təhsil alıb. Uşaqlıq illərində qaydasız döyüş idman növü ilə məşğul olub. Respublikamızın müxtəlif şəhər və rayonlarında idman yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanıb. Həmçinin ingilis dilinə meyilli olması onun bu dildə olan yarışlarda da dəfələrlə iştirak etməsi, sertifikat və diplomlarla təltif olunmasına səbəb olub.

2011-ci ildə Orxan həqiqi hərbi xidmətə yollanıb. Bakı şəhəri Pirəkəşkül qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün manqa-komandiri vəzifəsində, kiçik çavuş rütbəsində xidmət edib.

Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Orxan Xocavənd rayonunun yaşayış məntəqələrinin və Zəngilan şəhərinin azad olunması əməliyyatlarında fəal iştirak edib. 21 oktyabr çevik hərəkət taboru ilə Zəngilan istiqamətində bir sıra yüksəkliklərin azad edilməsi uğrunda döyüşlərə qatılıb, şəxsi igidlik nümunəsi göstərib. Böyük zəfərə 1 gün qalmış – 8 noyabr tarixində Zəngilan rayonu ərazisində Ermənistanla sərhəddə yerləşən 812.0 yüksəkliyini düşməndən azad edərkən qəhrəmancasına şəhid olub.

8 noyabr 2020-ci ildə Lənkəran şəhərində, Şəhidlər xiyabanında dəfn edilib. Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Giziri Orxan Quluzadə ailəli idi, özündən sonra vətənə əmanət 2 yaşlı qızı qalıb.

 

Hiç yorum yok:

Yorum Gönder

Pages