"Murad" Əlillər İctimai Birliyi yeni layihəsi çərçivəsində 7 rayonda təlimlər keçirəcək



Murad Əlillər İctimai Birliyi, 2024-cü ildə Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində "Həssas əhali qrupunun məşğulluğuna dəstək" adlı layihəsi ilə iştirak etmiş və qalib seçilmişdir. Layihə cari ilin iyun - avqust aylarında icra olunacaqdır.

QHT.az xəbər verir ki, layihənin məqsədi, “Sosial sahibkarlıq (biznes) təlimi” vasitəsilə pilot olaraq seçilmiş 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaqdır.

Təlimdə iştirak etmək üçün layihə idarəetmə komandası elektron qeydiyyat anketi hazırlamış (https://forms.gle) və aidiyyəti şəxslərin qeydiyyatdan keçməyə dəvət edir. Qeydiyyatdan keçənlərə mobil telefon və e-mail ilə təlimin dəqiq tarixi və yeri bildiriləcək. Yerlər məhdud olduğu üçün siyahıdakı hər rayon / şəhər üzrə qeydiyyatdan keçən ilk 15 nəfərin müraciəti layihənin şərtlərinə uyğun gəldiyi halda nəzərə alınacaq və həmin şəxslər təlimdə iştirak etmək hüququ qazanacaqlar.

2024-cü ilin iyun ayının 7-si tarixindən 24-nə kimi qeyd olunan 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) yaşayan sosial baxımdan həssas əhali qrupun üzvləri təlimdə iştirak etmək üçün elektron qeydiyyat anketi vasitəsilə müraciət edə bilərlər. Təlimdə iştirak etmək üçün heç bir ödəniş tələb olunmur.

Təlimlər, iyun ayının sonu iyul ayının əvvəlində hər rayon / şəhərdə bir gün ərzində təşkil olunması planlaşdırılıb. Bir qrup 15 nəfərdən ibarət olacaq və 3 saatlıq təlimdə (çay-kofe fasiləsi daxil olmaqla) iştirak edənlərə “Sosial sahibkarlıq (biznes)” mövzusu ilə əlaqədar olaraq bəzi faydalı məlumatlar - materiallar və sonda "İştirakçı sertifikatı" təqdim olunacaqdır. Təlimdə iştirak edənlər gələcəkdə "Murad" Əlillər İctimai Birliyi ilə də əməkdaşlıq edib, yeni layihələrdə iştirak etmək imkanı əldə edəcəklər.

Əlavə məlumat əldə etmək üçün Layihənin rəhbəri və "Murad" Əlillər İctimai Birliyinin İdarə heyətinin sədri xanım Rəsmiyyə Səmədova ilə (Mob.: +994556420687 və ya təşkilatın e-mailinə: eliller.birliyi@mail.ru yazaraq) əlaqə saxlamaq mümkündür.

Hiç yorum yok:

Yorum Gönder

Pages