Bu gün yerli vaxtla saat 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb.
Bu barədə APA-ya AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.
Zəlzələ ocağının dərinliyi 18 km-dir.
***
07:47
Lənkəranda zəlzələ olub.
APA - nın cənub bürosunun verdiyi məlumata görə yerli saatla 07:44 radələrində Lənkəranda zəlzələ baş verib.
Zəlzələnin gücü təqribən 4,6 bal arasında hiss olunub.
Hiç yorum yok:
Yorum Gönder