İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs olundu





İctimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakmiltv.info -ya verilən məlumata görə, Famil Mehrabov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

14:16

Bir nəfərin ictimai nəqliyyatda qadın sərnişinə qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırmalarla həmin şəxsin 44 yaşlı Famil Mehrabov olması müəyyən edilərək saxlanılıb.

Həmin şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.

Hiç yorum yok:

Yorum Gönder

Pages