Həsən Mehdi oğlu Seyidbəyli Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti anım günüdür.




Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ.Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir.

Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan vermiş, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışmışdır.

Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülmüşdür.

Mükafatları
Azərbaycan SSR xalq artist — 23.12.1976

Xatirəsi
Film Fondunda görkəmli rejissor Həsən Seyidbəylinin şəxsi arxivi yaradılmışdır.

Filmoqrafiya:
Bakıdan Göy-gölədək (film, 1947)
Bizim Cəbiş müəllim (film, 1969)
Böyük yol (film, 1949)
Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
Çətirimiz buludlardır (film, 1976)
Doğma xalqıma (film, 1954)
Əyri yolla qazanc (film, 1960)
Xoşbəxtlik qayğıları (film, 1976)
İmadəddin Nəsimi (1973)
Kamillik (film, 1979)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Qızmar günəş altında (film, 1957)
Quba bağlarında və Tərtərçay vadisində (film, 1949)
Möcüzələr adası (film, 1963)
Nəsimi (film, 1973)
O qızı tapın (film, 1970)
Onun bəlalı sevgisi (film, 1980)
Ömrün səhifələri (film, 1974)
Rənglərdə yaşayan kino (veriliş, 2009)
Sağ ol, dostum (film, 1980)
Sən niyə susursan? (film, 1966)
Sovet Azərbaycanı (film, 1972)
Telefonçu qız (film, 1962)
Toral və Zəri (film, 1979)
Uzaq sahillərdə (film, 1958)
Yolda əhvalat (film, 1960)

Hiç yorum yok:

Yorum Gönder

Pages