Bakmiltv.info-nın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 24 yaşlı O.Quliyevi ildırım vurub. O, təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan öncə Tovuzda yeniyetməni ildırım vuraraq həyatına son qoymuşdu.
Hiç yorum yok:
Yorum Gönder