Ermənilər Qarabağa bu halda qayıda bilər – Azərbaycandan şərtlər açıqlandı



Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. 

Bu proses reallaşa bilərmi? Bunun üçün Azərbaycanın şərtləri hansılardır? 

Mövzu ilə bağlı Bakmiltv.info-ya danışan Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, Ermənistan daxilində və xaricində mövcud olan bəzi qüvvələr ermənilərin Qarabağa qayıtması məsələsini gündəmdə saxlamağa çalışırlar:

“Rusiya regionda öz mövcudluğunu saxlamaq üçün bu siyasətdən çıxış edərək, Qarabağdan köçən ermənilərin geri qayıtmasını dəstəklədiklərini bildirmişdi. Xankəndidə konsulluq açmaq məsələsi həm də ermənilərin geriqayıdışı ilə bağlıdır. Hazırda ermənilərin geri qayıtması real görünmür. Proseslə bağlı Azərbaycanın mövqeyi belədir ki, vətəndaşlığımızı qəbul edib, xüsusi status tələb etmədən geri qayıda bilərlər.

Digər tərəfdən əgər Ermənistandan belə bir tələb varsa, Azərbaycan da vaxtı ilə yurd-yuvalarından qovulmuş Qərbi azərbaycanlıların öz torpaqlarına geri qayıtmasını tələb etməlidir.

Düşünürəm ki, bu iki məsələ bir-biri ilə əlaqəli olmamalıdır. İlk növbədə Qərbi azərbaycanlılar öz yurd-yuvalarına qayıtmalıdır. Ermənilərin geri qayıtmaq məsələsinə gəlincə, həmin torpaqlar onların dədə-baba yurdları deyil. Könüllü şəkildə tərk etdikləri ərazilərimizə qoyduğumuz şərtlər daxilində geri qayıtmaq imkanları var”.

Hiç yorum yok:

Yorum Gönder

Pages