Mütəxəssislər dənizdə vaxt keçirməyin faydalı olduğunu bildirirlər. Bu, sızanaq, astma, donqarlıq, depressiya, allergiya və s. kimi problemlərə olduqca faydalıdır.
"Unikal" dəniz və qumun faydalarını təqdim edir:
1. Dəniz suyunun dəri üçün faydalı olduğunu hər kəs bilir. Ona görə də kosmetika və əczaçılıq sənayesi dəniz suyundan istifadə edir.Dəniz suyunda olan maqnezium və hidrat dərinin gənc və parlaq görünməsi üçün vacib minerallardır.
2. Sızanaqların qurudulmasında, dərinin yenilənməsində və qara nöqtələrin təmizlənməsində təsirlidir.
3. Dəniz suyunun tərkibindəki maqnezium, brom və litium maddələri narahatlıq və depressiya kimi müxtəlif psixi pozğunluqlara müsbət təsir edir. Bu maddələr beyindəki melatonin və serotonin səviyyələrini tarazlaşdırır.
4. Dənizin duzlu suyu saçlarda kəpəyin qarşısını alır və saçlarınıza parlaqlıq qatır.
5. Dəniz suyunda olan yod immunitet sistemini gücləndirir. Dəniz suyunun tərkibindəki vitamin və mineralların sorulması dəridəki məsamələri açır və orqanizmin xəstəliklərə tutulmasına səbəb olan toksinləri atır. Antiseptik olan dəniz suyu infeksiyalara qarşı mübarizə aparır və orqanizmin göbələk, bakteriya və mikrobları öldürmək üçün müqavimətini artırır.
6. Üzgüçülük zamanı özünüzü dənizin elektromaqnit enerji sahəsində hiss edirsiniz, bu da bədəninizin yenilənmə prosesinə töhfə verir. Üstəlik, çimərlikdəki hava qan və toxumaları təmizləməyə kömək edən mənfi ionlarla yüklənir.
7. Mütəxəssislər bir az dalğalı dənizin belə suyun səthində qalmağa çalışaraq sərf etdiyiniz kaloriləri artırdığı və bədənimizi masaj etdiyi üçün faydalı ola biləcəyini söyləyir. Qan dövranını sürətləndirir.
8. Mütəxəssislər dəniz suyunun insan qanında olan tərkibə ən yaxın tərkib olduğunu bildirirlər. Tərkibində kalsium karbonat, maqnezium xlorid və maqnezium sulfat kimi çoxlu faydalı maddələrin olduğunu bildirir. Dəriyə nüfuz edən dəniz suyu qan dövranı sistemindəki bədən funksiyalarını tarazlaşdırır.
9. Dəniz suyu çapıqları sağaldır, ekzema, kurdeşen və səpgilərə yaxşı təsir gəlir.
10. Dənizin duzlu suyu bütün sinus yollarını təmizləyir. Üst tənəffüs yollarına faydalıdır. Astma və öskürək kimi tənəffüs problemləri üçün ən yaxşı müalicə üsullarından biridir.
11. Üzgüçülük ağciyərlərin tutumunu artıran ən əhəmiyyətli fiziki müalicələrdən biridir. Donqarlıq problemlərinin də qarşısını alır.
12. Çimərlikdə keçirdiyimiz vaxtın ən böyük faydası bədənimizdə D vitamini saxlamaqdır.
13. Dəniz kənarında keçirdiyiniz bir neçə saat ərzində bədəninizi dinləməyə və tenologiyadan uzaq qalmağa imkan tapırsınız.
14. Sahildə bir gündən sonra sağlam yatırsınız. Dəniz suyunda olan maqnezium əzələləri və sinirləri sakitləşdirərək stressi azaltmağa kömək edir.
15. Ayağa çəkilə bilən ən yaxşı pilinq qumdur. Üstəlik, bu dərinin elastikliyini də artırır.
Zərifə Nağıyeva
Hiç yorum yok:
Yorum Gönder