14 İyun təxminən gecə saat 10:00 radələrində dayım oğlu İlqar Quliyev Murad oğlu Binəqədi rayon ərazisində avto qəzaya düşür.
Təcili tibbi yardım hadisə yerinə gəlsədə İlqar Quliyev aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasını dəyişir.
Onun meyitini Binəqədi rayon Ə. D. Məlikov adına 6 nömrəli Xəstəxana’nın morquna təhvil verirlər.
Bizə 15 iyun saat 13:30 radələrində xəbər verirlər ki,bəs İlqar Quliyev avto qəzada dünyasını dəyişib,gəlin meyitini götürün.
Bizdə dərhal Ə.D.Məlikov adına 6 nömrəli xəstəxanaya getdik.
Morqa yaxınlaşdıq meyitə baxış zamanı əmin olduq ki,İlqardı ölən.
Saatlarla morqun qarşısında bizi gözlətdilər..Hətda polis əməkdaşlarıda var idi morqun qarşısında.
Axırda morq’dan bir həkim çıxdı dayımı içəri çağırdı ki,bəs meyiti götürmək üçün 200 manat pul ödəməlisiz dayımda verib pulu.
Təbii ki,mən orda olan zaman bu pul məsələsini bilmirdim sonradan mənə dedilər ki,bəs bizdən meyiti vermələri üçün 200 manat pul aldılar.
Xatırladaq ki, Ə.D.Məlikov adına 6 nömrəli xəstəxananın baş drektoru Mirzəyev Müşviq Həsən oğludur.
Ə.D.Məlikov adına 6 nömrəli xəstəxanasına yalnız bunu deyə bilərəm AYIB OLSUN SİZƏ Kİ,MİLLƏTİN ÖLÜSÜNÜ MİLLƏTƏ PULLA SATIRSIZ..
Hiç yorum yok:
Yorum Gönder