Dələduz nədir?Dələduzları hansı çəza gözləyir?




Azərbaycan  Respublkasının Silahlı Qüvvələr və Müharibə  Veteranı, peşəkar hərbci və hüquqşünas polkovnik Salman Musayev


Dələduz nədir?Dələduzluqla mülki məsuliyyət arasında sərhədin əsas səbəbi – əvvəlcədən yaranan niyyətdir. (Dələduzların qurbanına çevrilməmək üçün pul və əmlaklarınızla bağlı sövdələşmələr zamanı diqqətli olmağınız və peşəkar vəkillər ilə məsləhətləşməyiniz tövsiyyə olunur.) Dövlət tərəfindən fundamental müdafiə tədbirləri görülməsinə baxmayaraq, mülkiyyət hüququ qanunla müdafiə olunsa da, mülkiyyət hüququnun subyektləri ümumiyyətlə cinayətkar qəsdlərdən hələ də tam xilas ola bilməmişlər. Bu baxımdan mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri dələduzluqdur.İstintaq təcrübəsinə əsasən əminliklə deyə bilərik ki, dələduzluqla bağlı ibtidai araşdırma zamanı yaranmış prosessual hərci-mərcliklərin (volakitaların) yaranmasında başlıca səbəb təkcə əmələ düzgün hüquqi qiymət verilməməsi, maddi və prosessual hüquq normaların düzgün tətbiq edilməməsi deyil, həm də müstəntiqin qeyri-peşəkarlığı və konkret sahə üzrə təcrübəsizliyidir. Müstəqil araşdırmalara əsasən qətiyyətlə söyləmək olar ki, son zamanlar dələduzluqla bağlı cinayət işlərinin əksəriyyəti üzrə ittiham hökmünün çıxarılmasında kifayət qədər əngəllər yaranmışdır. Bu kateqoriya işlər üzrə məhkəmələr bəzi hallarda cinayət işini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora(istintaqa) qaytarır, bir çox hallarda isə prokuror ittiham aktını təsdiq etməkdən imtina edir və sübutlar kifayət etmədiyindən cinayət işini müstəntiqə qaytarır və ya şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair müstəntiqin qərarını qanunsuz və əsassız hesab edərək ləğv edir və ya təqsirkar hesab etdiyi şəxsi cinayət məsuliyyətinə cəlb etməyə sanballı hüquqi əsaslar tapa bilmir və s. Hər borclu dələduz adlandırmaq olmaz. Bu gün ölkədə ibtidai araşdırma (təhqiqat və istintaq) orqanları və məhkəmələrin icraatında olan işlərin böyük əksəriyyəti dələduzluq cinayəti ilə bağlıdır.Bəs dələduzluq nədir ? Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ə lə keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluqla bağlı bir çox şikayətlərə ibtidai araşdırma mərhələsində şəxsin və ya şəxslərin əməlində dələduzluq cinayətinin tərkibi olmadığı qənaətinə gəlinir, hesab edilir ki, tərəflər arasında mülki münasibətlərdən, öhdəliyin icra edilməməsindən irəli gələn mülki mübahisə vardır və şikayətçilərə hüquqlarının mülki mühakimə qaydasında müdafiə etmələri tövsiyyə olunur. Dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər: etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarına (Plenumun Qərarına) əsasən, etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq etibardan sui-istifadə yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi ana qədər yaranması sübuta yetirilməlidir. Əmlakın geri qaytarılmaması obyektiv hallarda, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Şəxsin aldatma və ya etibardan sui-istifadə etməklə pensiya, müavinət və başqa ödənişlər şəklində dövlət vəsaitlərini alması dələduzluq yolu ilə əmlakın ələ keçirilməsi kimi qiymətləndirilməlidir. Əmlakın bu yolla ələ keçirilməsi hüquq verən və ya vəzifələrdən azad edən saxta sənədlərdən istifadə etməklə həyata keçirildikdə, əməl cinayətlərin məcmusu qaydasında CM-nin 178-ci, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməlidir. Başqa şəxsə rüşvət verəcəyi adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi tövsif edilməsini düşünürəm. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirilməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 31, 312-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyacolmadığını düşünürəm.. Özünü vəd etdiyi öhdəliyi yerinə yetirə biləcək vəzifəli şəxs kimi təqdim edərək, göstərəcəyi xidmət müqabilində hər hansı şəxsdən pul və ya digər qiymətli şeylər alıb, onları mənimsəyən şəxs də dələduzluğa görə məsuliyyət daşımalı olduğunu düşünürəm..Belə hərəkətlər vəzifəli şəxslər tərəfindən törədildikdə isə təqsirkarın əməli Cinayət Məcəlləsinin 178.2-3-cü maddəsi ilə tövsif edilməsi qnuna uyğun olar...Digər üsul olan aldatma – özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi (belə məlumatlar kimi, hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər), yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsidir.Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın (pul və digər əşyalar) ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunur.Dələduzluğun törədilməsi zamanı zərərçəkmiş şəxs əmlakını aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində özü könüllü olaraq təqsirkara verir.Bu əməl üzrə cinayət tərkibi yaranması üçün ələ keçirilən əmlakın və ya əldə edilən əmlak hüquqlarının dəyəri 500 manatdan çox olmalıdır.Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur.Plenumun qərarına əsasən, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.Eyni zamanda bütün hallarda nəzərə almaq lazımdır ki, ölkə müharibə şəraitindədir. Ölkəyə ziyan vurmaq istəyən dini ekstrimistlərdən tutmuş terrorçulara kimi, aldatma və etibardan sui-istifadə etməklə saxta sənədlərlə pul köçürmələr, maliyyə əməliyyatları və s. cinayətlər də məhz dələduzluq yolu ilə törədilir. Qanunvericilik dələduzluqla bağlı cinayət əməlindən zərər çəkmiş şəxsin mülkiyyət hüququnun digər bir təminatı kimi prosessual hüquqlar da təsbit etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183-cü maddəsinin məzmun və mənasına görə, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı, cinayət prosesini həyata keçirən orqan mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə verilə bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməyə borcludur. Göründüyü kimi mülkiyyətin dövlət tərəfindən qorunmasına Konstitusiya ilə verilən təminat hüququn başqa sahələri ilə də müdafiə olunur.

Hiç yorum yok:

Yorum Gönder

Pages