Milli Məclisin növbədənkənar sessiyasının iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.
Musavat.com xəbər verir ki, deputat Vahid Əhmədov cari məsələlərə ayrılan vaxt ərzində çıxış edərkən diqqəti son günlər baş verən təbii fəlakətlərin ortaya çıxardığı fəsadlara yönəldib.
O bildirib ki, ötən günlərdə Azərbaycan ərazisində baş verən təbii fəlakət ölkə ərazisində əhaliyə ciddi problemlər yaradıb.
Vahid Əhmədov qeyd edib ki, bu hadisələr zamanı dövlət qurumlarının üzərinə böyük yük düşür.
Deputat əlavə edib ki, FHN və yerli icra hakimiyyəti orqanları tərəfindən yerlərə baxış keçirilməsinə, dağılmış yollar və körpülərin bərpası istiqamətində atılmış addımlara baxmayaraq, bir sıra problemlər qalmaqdadır. Millət vəkili bu mənada diqqəti sığorta məsələlərinə yönəldib.
Bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi fermerləri əkin sahələrini sığorta etdirməyə təşviq etməli və maarifləndirmə işlərini genişləndirməlidir.
Vahid Əhmədov qeyd edib ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlərin ardınca daha ciddi qərarın qəbuluna zərurət var. Onun sözlərinə görə, Azərbaycan Nazirlər Kabineti xüsusi qərar qəbul etməli və əhaliyə yardımla bağlı müəyyən tədbirlər görülməlidir.
Hiç yorum yok:
Yorum Gönder