Daha bir Şəhid ailəsində gözəl-özəl gün: İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ KAMRAN QASIMOVUN TƏK VƏ YEGANƏ QARDAŞI LOĞMAN QASIMOVUN TOY MƏCLİSİ DÜZƏNLƏNDİ…



19 iyun 2024-cü il tarixində, axşam saatlarında daha bir Şəhid ailəsində gözəl-özəl gün yaşanıb.

Daha bir Şəhid qardaşı subaylığın daşını atıb, öz Yarı ilə ailə həyatı qurub.

Əslən Gədəbəyli və Bakılı-Sabunçulu, Zabratlı İkinci Vətən Müharibəsi Şəhidi Kamran Qasımovun tək və yeganə qardaşı Loğman Qasımovla Yarı Zərnişan Qasımovanın toy məclisi düzənlənib.

Məclis Bakı şəhərində yerləşən “Təbrik” şadlıq sarayının “Zümrüd” zalında baş tutub.

Təxminən 500 nəfərə yaxın qonağın iştirak etdiyi məclisdə öncə bəylə gəlin “Vağzalı” və alqış sədaları altında zala daxil olublar.

Sonra Kamran Qasımov da daxil olmaqla, Vətən Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Daha sonra bəylə gəlin həzin musiqi sədaları altında gözəlrəqs ediblər.

Ardınca xoş, səmimi təbriklər, çıxışlar başlayıb.

Bakı şəhərindən və müxtəlif bölgələrdən olan Şəhid ailələri, Şəhid Anaları, hər zaman Şəhid ailələrinin yanında olan millət vəkilləri Aydın Mirzəzadə ilə Arzu Nağıyev, eyni zamanda, tanınmış ziyalı Rəşid həkim, məclisin gözəl keçməsində əməyi olan Aynurə Ağayeva və digərləri çıxış ediblər.

Bəylə gəlinin ailə üzvlərinə, valideynlərinə, doğmalarına gözaydınlığı veriblər, ailə həyatı quran cütlüyü təbrik ediblər.

Çıxış edənlər həmçinin, yeni cütlüyə xoşbəxtlik və bəxtəvərlik, səadət və firavanlıq, gözəl ailə həyatı diləyiblər.

Məclisdə həm də bir-birindən gözəl musiqilər, nəğmələr oxunub, səsləndirilib, rəqslər ifa edilib.

Tanınmış sənətçilər Nüşabə Ələsgərli, Aşıq Mübariz, sevilən gənc müğənni Ofelya Şabanova…öz ifaları ilə məclisə xüsusi rəng qatıblar.

Məclisdə sevincli anlar, həm də bəzən duyğulu, kövrək anlar yaşanıb.

Və heç şübhəsiz ki, ən çox sevinən, şadlanan bəyin qardaşının-Şəhid Kamranın ruhu olub.

Məclisdə dolaşan ruhu ilə tək qardaşına və Yarına xoşbəxtlik diləyib.

Ruhu hər daim ailəsinin, tək qardaşının, yeni cütlüyün köməyi olsun!

Allah bir daha bəxtəvər və xoşbəxt etsin, yeni cütlüyü!

Qoşa yarıyıb, qoşa qarısınlar!

Amin!

23:55, 19 iyun 2024-cü il

***

FOTOLAR:

00:30, 20 iyun 2024-cü il…

***

00:45

***

01:00

***

01:20

***

Hiç yorum yok:

Yorum Gönder

Pages