Cəlilabadda 11 yaşlı yeniyetmənin su anbarında boğulması ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB-2


Cəlilabadda 11 yaşlı yeniyetmənin su anbarında boğulması ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB-2

Cəlilabad rayonunda 11 yaşlı yeniyetmənin su anbarında boğulması ilə bağlı təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün Gülməmmədli kəndi ərazisində yerləşən İncəçay su anbarında qeydə alınıb.

Belə ki, suda batan şəxs qonşu Cəfərxanlı kənd sakini, 2013-cü il təvəllüdlü Mənsurov Səməd Amil oğlu öz həmyaşıdı ilə buraya çimmək məqsədi ilə gəlib. İlk olaraq suya daxil olan Səməd batmağa başladığından digər yeniyetmə özünü itirib və qaçmağa başlayıb.

Hadisə yerinə əvvəlcə kənd sakinləri gələrək batan şəxsi xilas etmək məqsədi ilə suya daxil olublar. Lakin onu suda tapa bilməyiblər.

Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağrılıb. Meyit sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

20:13

Cəlilabad rayonunda su bəndində batan şəxsin meyiti tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2013-cü il təvəllüdlü Səməd Mənsurovun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə bu gün rayonun Gülməmmədli kəndində yerləşən su bəndində baş verib.

Faktla bağlı araşdırma aparılır.

18:17

Cəlilabadda su bəndində 1 nəfər batıb, axtarışı aparılır.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.

Hazırda boğulan şəxsin axtarışı aparılır.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlayıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages