Bütün Tele-kanallara şamil olunmasa da həqiqətən bu sahədə çox acınacaqlı vəziyyət hökm sürür!




 BXalq Artisti  Rasim Balayev:
        "Televiziyanın son 30 ildə pozduğu
             əxlaqı heç kəs edə bilməzdi".
   
    ""Sözün əsl mənasında "Reytinq" nədir?

  Tamaşaçıların zövqünü tamam korlayıblar.
   Ciddi şeyə baxa bilmirlər. Əxlaq olmayan
    yerdə özbaşınalıq olur. Cəmiyyətdə hərə 
             kəs öz yerini bilməlidir. 
  Mən daxilimdə azərbaycanlıyam, fransız ola bilmirəm, heç istəmirəm də. Allah məsləhət bilsəydi, məni  fransız yaradardı. 
   Mən  fransızdan niyə pis şeyləri oğurlamalıyam??  Kişi kişi ilə, qız qızla evlənir. Bu, dünyanın sonuna işarələrdir.
  O verilişi hazırlayan, filmi çəkən bununla nə demək istəyir?
    Axı bizim özümüzə məxsusluğumuz, dinimiz, ədəb-ərkanımız var. Xaricdə gedirsən, yaşlı bir qadındır, durub yer verirsən, sənə çox pis baxır ki, məni nə hesab edirsən, şikəstəm? Amma bu, bizdə tərbiyə hesab olunur. Biz belə böyümüşük. 
  İndi gənclər telefonu alıb əlinə guya heç nə görmür. Amma görür ki, yanında qoca kişi əsə-əsə dayanıb. Amma biz həmişə ayağa durmuşuq. Bunun harası pisdir? Əgər sən bunlara riayət etmirsənsə, olursan meşə adamı. Yoxsa bu gedişlə, səviyyəsiz, axmaq verilişlərlə gəncləri korlayırlar.
   Məhkəmədə olan şeyi gətirib televiziyaya çıxarırlar. Bir yekəbaş arvadı ilə birləşib anasını evdən qovub. Bizim də dinimiz deyir ki, cənnət ananın ayaqları altındadır. 
  Yaxşı, bunu sən niyə televiziyada göstərirsən? Ola bilsin ki, bu tipik hadisə haradasa bir yerdə baş verib. Məhkəməlik olan şeyi gətirib efirdə verirsən. Uşaq, cavan da baxır. Mən yaşda birinə təsir etməz, tam əksi ikrah hissi oyadar. Belə şeylərdən  iyrənirəm. 
Amma uşaqlar baxırlar. Onlara evdə tərbiyə verirsən ki, böyüyə, kiçiyə hörmət et. Amma sonra baxır ki, sən demə, ananı evdən qovmaq da  olur.
        Bununla nə demək istəyirsiniz?
        Bu nə geyimlərdir, efirə çıxırsınız? 
  Hava istidir, mən də istəyərəm ki, burada şortla gəzim. Bizim milli mentalitetimizə uyğun gəlmir. Demirəm, biz qalaq keçmişdə, o qaranlıqda. Yox. Zamanla ayaqlaşmalıyıq, amma yaxşı şeylərlə. Təəssüf ki, ucuz yolla gedib, reytinq qazanmaq istəyənlər də var. 
  Bu reytinqində nəticəsi tamaşaçı zövqünü korlamaqdır. Və insanlar yavaş-yavaş vəhşiləşirlər. Bu sözümə görə məni qınamışdılar daa.
    Amma təəssüf ki, bu gün kütlə var. 
 Bu kütləni də yetişdirib çoxaldan verilişlər və televiziyadır. Əvvəl savadlı, ağıllı adamlar efirə çıxardı. Bu gün televizya olub rusların bir sözü var "proxodnoy dvor". 
   Kim gəlir, efirə çıxarırlar. Televiziyaya
      nümünəvi adamlar çıxarılmalıdır.
  Toy müğənniləri var ki, sənətdən danışırlar. Sən heç sənətin qapısı haradadır onu görməmisən, ay "bədbəxt". Amma yeri gələndə bu kütlə onu toya çağırır, yarım saatına 5 min manat pul verir. 
       Bu da elə bilir ki, "sənətkar"dır. 
            Bunu da televiziya edir. 
Televiziyanın son 30 ildə pozduğu əxlaqı heç kəs edə bilməzdi"".

Hiç yorum yok:

Yorum Gönder

Pages