“Bu mənim ən böyük səhvim və uğursuzluğumdur” – Paşinyan parlamentdə etiraf etdi



Ermənistan Milli Assambleyasında çıxışı zamanı baş nazir Nikol Paşinyan bir sıra açıqlamalarla çıxış edib. Erməni baş nazir bəyan edib ki,  2018-ci ildən Dağlıq Qarabağla bağlı elə bir vəziyyət yaranmışdı ki, bunun nəticəsində Ermənistan dövlət olaraq istər-istəməz ya güzəştə getməli ya da müharibəni seçməli idi. “Özümə sual verdim: yaxşı, əgər bu güzəştə getsək, növbəti güzəştə getsək, güzəştlər prosesi harada dayanacaq? Bu suala cavab verə bilmədim. İndi bu suala cavabım varmı? Bəli, var, bu sualın cavabı Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisidir”. Paşinyanın fikrincə, o zaman bunu qəbul etsə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət kimi tanınmalı idi.

“Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır. Mən bunu deyirəm və başa düşürəm ki, o vaxt belə bir söz deməyə cəsarət etməzdim. Mən özümü buna inandıra bilmədim. Bu mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət adamı anlamalı idi ki, bütün bunları öz üzərinə götürmək lazımdır. Və bu gün mən bunu edirəm. Mən öz üzərimə götürməsəm, başqa heç kim almaz. Bu, mənim borcumdur”, - Nikol Paşinyan bildirib.

Hiç yorum yok:

Yorum Gönder

Pages