Bu gün şəhid baş leytenant Cingiz Bağırovun anım günüdür.



Gəlimli-gedimli düntada hecnə əbədi deyildir.İnsanın yaxşı və pis əməllərindən bqşqa.Neçə deyirlər “igid ölər adı qalar”.
Ölüm bütün bəşəriyyətin kecəçək olduğu haqq yoludur.Ana Vətən uğrunda çanlarından keçən şəhidlərimiz çismən ölsələr də öz pak əməlləriilə haqqın dərgahına qovuşurlar.Torpaq təmiz, saf olduğundan insanları tez qoynuna alıb, özününgüləşdirir.Müdrik Peyğəmbərimizin dediyi kimi,” Şəhidlər ölmürlər,ançaq dünyalarını dəyişirlər.-haqqa qovuşmaq ücün”
Ürəyi Vətəninin yaralı qəlbi  ilə döyünən və torpaqlarımızın sevgisi ilə düşmənə qarşı pələng kimi vuruşan oğularımızdan biri də baş- leytenant Cingiz Bağlrov  idi.Ölümü ilə yenidən doğulan Cingiz Bağırov! 1964-cü ilin  5 avqusunda  təkcə Bağırovlar ailəsi ücün doğuldusa,1993-cü ilin 12 iyunda uğrunda Şəhid olduğu Azərbaycan ücün doğuldu.
Bağırov Cingiz Kərəm oğlu  1964-cü ilin avqust ayının 5 də   Sumqayıt  şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. Əslən İsmayılı rayonun Aşağı Çülyan kəndindən idi.Şəhid Cingiz Bağırovun  oğlu Ceyhun  hal -hazırda bir zabit kimi  atasının yolunu hərbi xidmətdə  davam etdirir.
Yaşadığı şəhərdə (rayonda), istər işlədiyi  kollektivdə həmişə  müsbət mənada seçilən və başqalarına nümünə olan- baş leytenat Cingiz Bağırov Sumqayıt  şəhər  orta məktəbi bitirdikdən sonra A.Zeynallı adına musiqi məktəbində təhsil almışdir.1988-ci ildə elə bu ixtisası üzrə Moskva hərbi Konservatoriyanı   bitirmişdir .
 Yüksək peşəkarlığı,cəsarəti, vətənpərvərliyi,iradi,mənəvi keyfiyyətləri, insanlara qarşı mehriban və istiqanlığı ilə seçilən  Bağırov Cingiz Kərəm oğlu Ali hərbi  Məktəbi bitirdikdən sonra təynatla  SSRİ Daxili işlər nazirliyi Daxili Qoşunlarının Tbilisi şəhərində yerləşən   hərbi hissələrin birində (xüsusi təyinatlı əməliyyat briqadasında) hərbi dirijor vəzifəsində calışmışdır.Hələ o vaxtlar Əfqanıstanın odlu və alovlu yerlərində xidmət etmək Cingizin taleyinə yazılmışdı.O, Gürcüstan və Özbəkistanda daxili münaqişələrində 
aradan götürülməsində yaxından iştirak etmişdi.
 1990-çı ildə könüllü olaraq doğma Azərbaycanmıza qayıdan Cingiz Bağırov 1990-1991-ci illərdə  SSRİ Daxili işlər nazirliyii Daxili Qoşunlarının Bakı şəhərində yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olmuşdur.
1992-1993-cü illərdə Azərbaycan Respubilkasının Daxili işlər nazirliyi Daxili Qoşunlarının Binəqədi və Ağdam rayonlarında  yerləşən hərbi hissələrində tabor qərargahının rəisi və tabor   komandiri vəzifələrində Millətə,Dövlətə,Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Uşaq vaxtlarından gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş,əxlaqi tərbiyəsi yerində olan  Cingiz Kərəm oğlu  Bağırov 1992-1993-cü illərdə Qanunvericililiklə müəyyən olunmuş qaydada Daxili işlər nazirliyi Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə  yetirilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirmişdir.

Cəsur komandir 1992-ci ilin mart ayında Qarabağ torpağını işğalcılardan təmizləmək ücün Ağdam rayonunda silahdaşlarmızla ciyin-ciyinə dayanaraq düşmənlə qanlı döyüşə girib.Bu zaman Sırxavənd,Baş-Güneypəyə,Qazancılar,Əliməmədli,Qalaycılalar, Cıldıran, Papravənd və başqa kəndlərdə erməni quldurlarının hücümunun qarşısını alan döyüşçülərimiz arasında bir peşəkar zabit kimi şəxsi şücaət göstərib.Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ermənilərlə öz sücaətini göstərən baş- leytenat Cingiz Kərəm oğlu Bağlrov xeyli quldur düşmənin canlı qüvvəsini məhv edib və   onlara məxsus olan texnika və iri caplı silahlarını zərərləşdurib. 

12 iyun 1993-cü ildə ömrünün 29-çu baharını yaşayan igid son nəfəsində Vətən deyib xalqmızın azadlığı yolunda əbədiyyətə qovuşub. O,anamız Vətən uğrunda döyüşdü və qəhramançasına şəhid oldu.O,özünün ölümü ilə daha doğrusu,ölməzliyi ilə gələcək nəsillərə bir örnək, bir nümünə oldu.Elə ona görə də Cingizin bu qəhramanlığı Dövlət başcısının,Respubilka prezidentinin və Daxili işlər nazirliyinin rəhbərliyinin diqqətindən kənarda  qalmadı.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyeşlərdə göstərdii şücaət və igidliyə,öz xidməti və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə görə baş-leytenat Bağırov Cingiz Kərəm oğlu  ölümündən sonra Azərbaycan Resbublikası Prezidentinin 9 mart 2019-cu il tarixli 2019 saylı fərmanı ilə  “igidliyə görə”  medal ilə təltif olunub. 

Cingiz Bağırov İsmayılı  rayonun Aşağı Çülyan kənd qəbirsanlığında dəfn olunub. İmayılı  rayonundabir küçə onun adına verlib.İsmayılı rayonun  Aşağı  Cülyan kənd orta məktəbində  onun büstü qoyulub və həmin kəndə onun adına xatirə bulağı acılb.
Nə qədər ki,Azərbaycan xalqı var,nə qədər ki,Azərbaycan var Cingiz  yaşayaçaq, hər bir kəsin  qəlbində,dilində onun adı fəxarətlə anılacaq.
Allah çəmi şəhidlərmizə rəhmət eləsin, məkanları cənnət olsun,qəbriləri nurla dolsun.Onlar ölmürlər haqqa qovuşurlar.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages