Bu gün Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür. O, 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya gəlib. 1970-ci ildə məktəbi bitirib. Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnib. 1971-ci ildə ordu sıralarına çağırılıb. Minsk şəhərində hərbi xidmətdə olub. Ordudan 1973-cü ildə tərxis olunub. Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyib. 1974–1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR Daxili Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1976-1979-cu illərdə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbində oxuyub. Təhsilini 1981-ci ildən SSRİ DİN-nin Akademiyasında davam etdirib.
Daxili Qarabağ Muxtar Vilayətində çalışarkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etmək cəhdlərinə görə erməni millətçiləri tərəfindən saxta ittihamlara məruz qalıb. 10 il həbs cəzasına məhkum edilib. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Taqil şəhərinə aparılıb. 1987-ci ildə həbs cəzası 6 ilə endirilib. 1989-cu il fevralın 20-də isə əfv olunub.
Əlif Hacıyev 1990-cı ildə Xocalıya dönüb. Daxili Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərib. Həmin ilin dekabrında daxili işlər orqanlarına bərpa edilib. Xocalı hava limanı xətti daxili işlər bölməsinin rəisi və Xocalı hava limanının komendantı olub. 1991-ci ilin dekabrında ona mayor rütbəsi verilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edəndə Əlif Hacıyev və onun dəstəsi yağı düşmənə ciddi müqavimət göstərib. Erməni cəlladlarının daha da amasızlaşdıqları, soyqırım törətdikəri həmin gecə onlar dinc əhalinin bir hissəsini Ağdamın Şelli kəndinə çatdırıb, yenidən geri döüblər ki, təhlükədə olan xocalılıları xilas etsinlər. Əlif Hacıyev düşmənlə döyüşdə şəhid olub. Azərbaycanın igid oğlu Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Hiç yorum yok:
Yorum Gönder