Bu gün Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyevin ad günüdür



Sədiyev Vəzir İsa oğlu - 6 iyun 1961-ci ildə Gürcüstan Resbublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. Orta təhsilini Qərbi Azərbaycanın Körpülü kəndində alan Sədiyev Vəzir İsa oğlu sonra Tiblisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur.

Məktəbi bitirdikdən sonra Rusiyanın Qorki şəhərindəki hərbi məktəbə müəllim təyin edilir. Sonra o, könüllü olaraq Əfqanıstana yola düşür. Sədiyev Vəzir İsa oğlu Əfqənistan müharibəsində iştirak etdikdən sonra mayor rütbəsi ilə qərərgah rəisinin müavini təyin edilir.

O, Xocalı soyqırımı başlayan zaman Azərbaycana gəlir və Azərbaycanda Artilleriya və Hərbi Hava Qüvvələri İdarəsində döyüş hazırlığı şöbəsinə rəis müavini vəzifəsinə təyin edilir.

Sədiyev Vəzir İsa oğlu Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərir. 1993-ci il fevralın 19-da o, Ağdərənin Aterk kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəlidir. Bir qızı yadigar qalıb.

Azərbaycan Resbublikasının Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Sədiyev Vəzir İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages