Bayram günlərində neçə nəfər zəhərlənib? - KTM-dən AÇIQLAMA



Bayram günlərində (15-19 iyun) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbindən 17 nəfər qəbul edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, şöbəyə qəbul edilənlər dərman, ilan sancması və sirkədən zəhərlənən şəxslərdir.

R.Məmməd bildirib ki, həmin müddətdə ölüm halı qeydə alınmayıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages