Azərbaycanın Milli Qəhrəmanı Mürsəlov Vüqar Mirəzbər oğlunun “ ANIM GÜNÜDÜR”



 
10 mart 1963, Prişib, Astraxanbazar rayonu – 9 iyun 1992, Cəmilli, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Mürsəlov Vüqar Mirəzbər oğlu 10 mart 1963-cü ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində dünyaya gəlmişdir. 1980-ci ildə 1 saylı orta məktəbi bitirdikdən sonra Bakı texniki peşə məktəbində təhsilini davam etdirmişdir. Sonra Bakı Politexnik Texnikumuna daxil olaraq oranı əla qiymətlərlə başa vurur. Hərbi xidmətini Belorusiyanın Brest şəhərində keçirir və qvardiya baş çavuşu, tankçı adları ilə ordudan tərxis olunur.
Göytəpə Avtomobil Təmiri Zavodunda öz ixtitsası üzrə əmək fəaliyyətinə başlayır. 1991-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir və torpaqlarımızın müdafiəsinə qalxır. Füzuli, Ağdam, Xanlar, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətində gedən döyüşlərdə ölüm — dirim mübarizəsinə qalxır.
Vüqar Mürsəlov 9 iyun 1992-ci ildə Tərtər rayonunun Cəmilli kəndi istiqamətində gedən döyüşdə vuruşmuş və qəhrəmanlıqla həlak olmuşdur.[1]
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədri Füzuli Rzaquliyev 90 min müharibə veteranı və  “Qocalar Döyüşə Gedir” qrupu adından, _ANIM GÜNÜNÜ _ Əziz xatirələrlə yad edir, ailəsinə və yaxınlarına səbr diləyirik.
Hörmətlə:  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin Neftçala rayon şöbə sədri Mübariz Eldar oğlu Hüseynov

Hiç yorum yok:

Yorum Gönder

Pages