Azərbaycanın Milli Qəhrəmanı Faiq Ağayevin doğum günüdür



Faiq Alış oğlu Ağayev 1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd kəndində anadan olub. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olub.

1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetiriblər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışıblar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlarını məhv edib. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas edib.

O, son ana qədər mövqeyini tərk etməyib və son nəfəsinə qədər vuruşub. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin  1992-ci il 08 oktyabr tarixli 264 saylı Fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages