Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür

Az.shafaqna.com xatırladır ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olduğu gündür.

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub.

Yeddi qız övladından sonra dünyaya gəlmişdi və buna görə də ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdular.

Bu ad həm də onun babasının (anası tərəfdən) adıdır.

Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur.

Şəhidimiz haqqında hazırladığımız özəl video:

Video Oynadıcı