Azərbaycanlı yeniyetmə ABŞ-də qızıl medala layiq görüldü



Azərbaycanlı yeniyetmə ABŞ-də qızıl medala layiq görülüb.

Bakmiltv.info xəbər verir ki, yeniyetmə Renad Kərimli ABŞ-nin Nyu Cersi Texnologiya İnstitutunda (NJIT) keçirilən kodlaşma kateqoriyası üzrə qızıl medala layiq görülüb.

Belə ki, o, riyaziyyat fənnindən "Best of Best" və "Science" üzrə qızıl medal qazanıb. Renad ümumilikdə dörd qızıl medalla Vətənə geri qayıdıb.

 Bakmiltv.info-nın əldə etdiyi məlumata görə, Renad Elşad oğlu Kərimli 2012-ci il noyabrın 21-də Bakıda anadan olub.

Hələ kiçik yaşlarında onun çətin tapşırıqları həll etmə qabiliyyəti zehni düşüncəsinin kifayət qədər irəlidə olduğunu göstərib. Təhsili boyunca müəllimləri də Renadın məsələlərin həllinə unikal yanaşmasının və analitik düşüncəsinin olduğunu hər zaman bildiriblər.

Renad hazırda beşinci sinifdə təhsil alır. "Neo Science Olympiad" Nyu Cersi Texnologiya İnstitutu (NJIT) tərəfindən təşkil edilib.

Olimpiada tələbələr arasında elm və riyaziyyat sahələrində praktiki yanaşma ilə biliklərini artırmağa yönəldən nüfuzlu bir qlobal tədbirdir. Bu platforma tələbələrin ciddi rəqabətdə iştirak etmələri, problem həll etmə bacarıqlarını nümayiş etdirmələri və müxtəlif ölkələrdən həmyaşıdları ilə əməkdaşlıq etmələri üçün yaradılıb. Yarışmadan əlavə, müsabiqə intellektual maraq, etik davranış və ömür boyu öyrənmə mədəniyyətini təşviq edir. Gələcək nəsil alimləri, riyaziyyatçıları və yenilikçiləri dünyamıza müsbət təsir göstərməyə ruhlandırır.

Qeyd edək ki, Renad "NEO Science Olympiad"ın onlayn mərhələlərində kodlaşma kateqoriyasında iştirak edərək birinci yerə layiq görülüb və qızıl medal qazanıb. Bundan sonra böyük finalda iştirak etmək üçün ABŞ-yə dəvət alıb.

Nəzrin Vahid

Hiç yorum yok:

Yorum Gönder

Pages