2022-ci ilin fevral-avqust ayları ərzində Salyan rayonunun Yenikənd və Şəkərli kəndləri ərazisində beş evdən oğurluq etmiş və iki evdə quldurluq əməli törətmiş 1992-ci il təvəllüdlü Vüsal Cəfərovla bağlı bəzi faktlar məlum olub.
Publika.az-ın məlumatına görə, hadisələri törədən V.Cəfərov rayonda müğənni kimi tanınıb və şənliklərdə iştirak edirmiş.
Bildirilib ki, o, qumar oyunlarına pul qoyduğuna görə borca düşüb və buna görə oğurluq, quldurluq kimi əməllərə əl atıb. V.Cəfərov gecə saatlarında gizli şəkildə evlərə girərək oğurluq edirmiş. İki dəfə isə Vüsal evdə yaşayan şəxslərlə qarşılaşdığından onlara qarşı quldurluq edərək qaçıb.
Baş vermiş müəmmalı hadisələrə görə xüsusilə Yenikənd kəndində uzun müddət həyəcanlı vəziyyət yaranıb və əhali təşviş keçirib.
Vüsal Cəfərov polis tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 177 və 181-ci (Oğurluq və quldurluq əməlləri) maddələri ilə cinayət işi açılıb.
İyunun 7-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Vüsal Cəfərova hökm elan edilib. O, məhkəmədə günahsız olduğunu, baş vermiş hadisələrin boynuna qoyulduğunu iddia edib.
Məhkəmənin hökmü ilə gənc müğənni doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hiç yorum yok:
Yorum Gönder