MÜRACİƏT
Hörmətli Сənab Prezident ! Müzəffər Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında Ordumuz son 200 ilin ən böyük uğuruna imza atdı. Eyni zamanda istər, 44 günlük “Vətən” müharibəsində, istərsə də “23 saat 48 dəqiqəyə” aparılan antiterror əməliyyatları zamanı Müqəddəs bayrağımızın ölkəmizin bütün sərhədləri boyunca dalğalanması təmin edildi. Bu qələbələrin qazanılmasında Xalq, Ordu, Prezidentin vəhdəti həlledici rol oynadı.
Hər bir əsgərini diqqət və qayğı ilə əhatə edən Cənab Ali Baş Komandan, Sizə bu gün qalibiyyətimiz və bütün torpaqlarımızın qayıdışı münasibəti ilə " Həkəri" qəzetinin redaksiya heyəti adından təşəkkürümüzü bildirmək istəyirik.
Hörmətli cənab Prezident!
Vətən darda olanda minlərlə insan vətənimizin müdafiəsinə qalxdı. İstər “Birinci Qarabağ” müharibəsi zamanı, istərsə də digər əməliyyatlar, 44 günlük “Vətən” müharibəsi zamanı yüzlərlə qəhrəmanlıq nümunələrinin şahidi olduq. Bu qəhrəmanlar vətən torpaqları azad olunana qədər etdiklərini dilə gətirmədilər. Yəqin yadınızda olar, “Böyük Vətən” Müharibəsi zamanı qəhrəmanlıq nümunəsi göstərən Mehdi Hüseynzadənin şücaətini məhz Ulu Öndər Heydər Əliyev aşkarlamışdı. Onun tanıdılması, Sovet İttifaqı qəhrəmanı adının verilməsi üçün Ulu öndər Heydər Əliyev çox əziyyətlər çəkmişdi.
Artıq torpaqlarımız işğaldan azad olunub. Vətən yolunda sağlamlığını itirən, əzmini yaşadan insanlar layiqli adlarını almalıdılar. Məhz bizlər onları həm cəmiyyətə tanıtmalıyıq, həm də məsələ qaldırmalıyıq. Belə qəhrəman oğullardan biri də Əhmədov Mehdi Əhməd oğludur (Mehdi Vedili).
Əslən tarixi torpağımız olan İrəvan xanlığının-Qərbi Azərbaycanın, Vedi rayonunun, Şidli kəndindən olan Mehdi Əhmədov 1988-ci ildə işğalçı erməni quldurlarının azərbaycanlılara qarşı etdikləri etnik təmizləmə zamanı yurdlarından məcburi deportasiya olunaraq Azərbaycana pənah gətirib.
1991-ci ildən vətən torpaqlarını qoruyan polis əməkdaşlarının sırasında Tərtər, Goranboy, Kəlbəcər istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Mehdi Əhmədov müharibə zamanı erməni əks-kəşfiyyatının komandiri Sarkisyan Razmik Levonoviçi evindən yatdığı yerdə diri tutaraq o zamanki, Azərbaycan Respublikasının Baş Prokroru İsmət Qayıbova və Azərbaycan Respublikasının DİN-ri Məhəmməd Əsədova, Tərtər rayon polis şöbəsinin rəisi polis polkovniki Ələsgər Əliyevə əlbəəl təhvil verib. Həmin dövrdə bütün mətbuat və televizyalarda onun haqqında verilişlər verilib. Mehdi Əhmədov (Mehdi Vedili) adaşı Mehdi Hüseynzadə kimi düşmənin dilini mükəmməl bildiyindən və yüksək əməliyyat təfəkkürünə sahib olduğundan bir çox məxfi əməliyyatları tam uğurla həyata keçirmişdir. Bu barədə sözsüz ki, dövlətin aidiyyəti qurumlarında əməliyyat məlumatları var.
O, 5 may 1991-ci il tarixindən 30 may 1992-ci il tarixinədək Tərtər rayon Polis şöbəsində çalışmışdır. Bundan sonra isə mülki qaydada Goranboy batalyonunda, uşaqlıq dostu Musto (əsil adı Xosrov), Rasim Əkbərov, Frik (əsil adı Firuddin), Abbasqulu, Əşrəf və digər şəxslərlə düşmənə hətta bugünə kimi unuda bilməyəcəyi ağır yaralar vurmuşdur. Düşməni öz ağlı və əməliyyat təfəkkürü ilə dəfələrlə aldadıb tora salmış Mehdi Əhmədovun (Mehdi Vedili) kimliyini hətta indi belə düşmən anlaya bilmir.
Mehdi Əhmədov uzun illər həm də 20 şəhid ailəsinə daimi yardım edib. Bu gün də O, fəaliyyətini davam etdirir, QHT rəhbəri kimi gənclərin vətənpərvərlik işinə öz töhfəsini verir.
Hörmətli cənab Prezident
Siz əsgərin, zabitin, vətəndaşın qədrini bilən, əməyinə qiymət verən ölkə rəhbərisiniz.
Mehdi Əhmədovun ailəsi, atası Əhməd Əhmədov (Əhməd Vedili) hər zaman istər Ulu Öndər Heydər Əliyevin və Sizin siyasi kursunuzu dəstəkləmişlər və hal-hazırda da dəstəkləyirlər. Bu gün də ölkədə vətənpərvərlik işini təbliğ etmək lazımdır. Bunun üçün Mehdi Əhmədov kimi vətənə təmənnasız xidmət edən şəxslərə haqqı olan ad verilərsə gənclər üçün böyük vətənpərvərlik nümunəsi olar. " Həkəri" qəzetinin redaksiya heyəti Birinci Vətən müharibəsində əvəzsiz xidmətləri olmuş və bu gün də dövlətçiliyə xidmət edən Mehdi Əhmədovun əməyinin qiymətləndirilməsini xahiş edirik.
Əvvəlcədən dərin minnətdarlığımızı bildiririk.
Rauf İLYASOĞLU,
" Həkəri qəzetinin baş redaktoru,şair- publisist,
2- ci qrup əlil,
Əyyar Cəbiyev ,
" Həkəri" qəzetinin xüsusi müxbiri ,
Ənvər Məmmədov ( 2- ci qrup əlil , müxbir.
Hiç yorum yok:
Yorum Gönder