Aktrisa,sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Zülfiyə Eldarqızının ad günüdü.




                                                                                                  İsmayılova Zülfiyə Eldar qızı  20 də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 20 saylı orta məktəbi bitirib.1989-1994 cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ailəlidir iki övladı var.1998 ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unveristetində müəllimə işləyir. 2001-ci ildə ADMİU-nun Kinoşünaslıq kafedrasında çap olunan "Azərbaycan kino tarixi oçerkləri" dərs vəsaitinin həm müəlliflərindən biridir. 2008-ci ildə Anarın bədii əsərlərinin ekran təcəssümü adlı dissertasiaya müdafiə edərək Sənətşünaslıq üzrə fəlsəfə doktoru adı alıb.

Azərbaycan mətbuatında 100- dən çox elmi- publisistik – tənqidi yazıları çap olunub. Hal – hazırda Azərbaycan kino tarixini araşdırmaqla məşğuldur. ADMİU-da aktyorluq fakültəsində aktyorlara və rejissorlara səhnə danışığını öyrətməklə məşğuldur.

Respublikada və xarici ölkələrdə keçirilən tədbirlərdə bədii qiraətçi və kinoşünas kimi iştirak edir. 2010–cu ildə Türkiyədə keçirilən "Türk Dünyası Bəyaz Pərdədə Buluşur" adlı Beynəlxalq Festivalda Azərbaycanı teleaparıcı, ssenarist Orxan Fikrətoğlu ilə birlikdə təmsil edib.3 albomu işıq üzü görüb. 2006–cı ildə Respublikanın əməkdar artisti Ağalar Bayramovla birlikdə "Bu sevdanın ömrü günü bitməsi "adlı audio albom, 2008–ci ildə "Ah çəkdim dedilər ahın dağlara" torpaqlarımızın işğalına həsr olunmuş albom və 2010–cu ildə Qarabağ müharibəsi iştiraksı və əlili qırmızı əmək bayraqlı ordenli Şahid Həbubullayevə həsr olunmuş şeirlər albom dinləyicilərin ixtiyarına verilib.

2010-cu ildə Gülşad Baxşıyevanın quruluşunda İlyas Əfəndiyevin "Büllur sarayda” tamaşasında Sədaqət rolunu oynayıb.

2011-ci ildə Rəsul Rza haqqında çəkilmiş “Yaşıl atlas ömründən səhifələr” adlı filimdə çəkilib.

2011-ci ildə “Ağlar güləyən Sabirimiz” adlı tamaşada oynayıb.

Hiç yorum yok:

Yorum Gönder

Pages