"Adı hansısa səbəbdən seçici siyahısına düşməyən seçici varsa, o müraciət etsin. Biz məsələni operativ şəkildə qanun çərçivəsində həll edək".
Bakmiltv.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O bildirib ki, siyasi partiyaların seçkidə rolu geniş olacaq:
"Siyasi partiyalarla MSK-nın əlaqəli şöbəsi var. Siyasi partiyalar maraq göstərsələr, biz onlara açığıq. Onlar üçün də yaddaş kitabçaları təqdim etmək lazımdır. İndiyə qədər bizə bununla bağlı hər hansı irad olmayıb".
Hiç yorum yok:
Yorum Gönder