“Bakmiltv.info” xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və səhiyyə işçiləri iştirak edib.
Abdin Fərzəliyev bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il ölkəmizdə iyunun 17-si Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyətin həyatında həlledici rol oynadığını dəfələrlə vurğulayıb.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsi də ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər yüzlərlə tibb müəssisəsinin tikilərək istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsi, tətbiqi və həyata keçirilən islahatlar respublikamızda bu sahəyə dövlət tərəfindən böyük qayğının göstərilməsindən xəbər verir.
Qeyd edilib ki, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov bildirib ki, tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək qayğının bariz nümunəsidir.
Sonra Abşeron rayon Mərkəzi Xəstəxanasının tibbi sığorta bölməsinin müdiri, Vətən müharibəsi şəhidi, İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva bildirib ki, Vətən Müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şanlı tariximizə yazmışdır. Eyni zamanda, işğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir.
Daha sonra 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən şəhid Cavid Həsənov anası, 2 saylı Bakı Dəmiryol Poliknikasının əməkdaşı Mirvari Həsənova, şəhid tibbi xidməti polkovnik-leytenantı Rasim Abdullayevin həyat yoldaşı Səadət İbrahimovaya, şəhid tibb xidməti leytenantı Mirlətif Ağayevin anası Təyibə Ağayevaya, şəhid leytenant, hərbi tibb qulluqçusu Turqut Xəlilbəylinin anası Almaz Hüseynovaya, şəhid Murad Arzullayevin anası, Abşeron RMX-nin əməkdaşı Laura Arzullayeva və fəaliyyətində fərqlənən digər tibb işçilərinə Fəxri Fərmanlar verilib, xatirə şəkilləri çəkilib.
Hiç yorum yok:
Yorum Gönder