Daxili qoşunların Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələr yarandığı gündən şərəfli bir xidmət yolu keçib.Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində,respublikanın ərazi bütövlüyün təmin edilməsində, xüsusi karantin rejim tədbirlərinin təmin olunmasında,Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə,işğal altında olan torpaqlarımızın azad olunmasında,azad olunmuş torpaqlarımızda ictimai təhlükəsizliyin təmin olunmasında və ictimai asayişin qorunmasnda , ekoloji terrora qarşı dinc aksiya iştirakçılarının təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.
Daxili Qoşunlar və Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində , Zakatala rayonunda və digər şəhər və rayonlarda yerləşən hərbi hissələr və ayrıca yerləşən bölmələr ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əvəzsiz diqqəti və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Qoşunların və hərbi hissələrin döyüş hazırlığı, təchizatı, şəxsi heyətin xidmət şəraiti, sosial müdafiəsi yüksək səviyyədədir.
Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələr öz adına sadiq olan hərbiçilərimizin Gəncədə Zakatalada və digər şəhər və rayonlarda ictimai asayişin, daxili təhlükəsizliyin qorunmasında silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücum əməliyyatları və Qarabağ ərazisində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı fəal iştirak edən Daxili Qoşunların Bas İdarəsinin Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissələrin hərbi qulluqçuları işğal altında olan torpaqlarımızın azad olunmasında mərdlik, igidlik, və qəhrəmanlıq gpstərmiş, yüksək dövlət təltiflərinə layiq görülmüşlər.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitlər birliyi Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində və Zakatala rayonunda yerləşən hərbi hissənin yaranmasının 32 -ci il dönümü münasibətilə hərbi hissənin bütün şəxsi heyətinə , mülki işçilərinə , ehtiyatda və istefada olan zabitlərinə , gizirlərinə , müddətdən artıq xidmət edən hərbi qulluqçularına , çavuşlarına, əsgərlərinə , hörmətli veteranlarına və onların ailə üzvlərinə möhkəm can sağlığı xoşbəxtlik , səadət , Azərbaycan Respublikasına xidmətdə və şəxsi həyatda uğurlar arzulayır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder