27- İYUN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN DAXİLİ QOŞUNLARININ BAS İDARƏSİNİN SABUNCU RAYONUNDA YERLƏŞƏN HƏRBİ HİSSƏSİNİN YARANMASI GÜNÜDÜR.



 Daxili Qoşunların Komandanlığı,  Daxili İşlər Nazirliyinin ehtiyatda və istefada olan zabitləri Daxili Qoşunların Baş İdarəsinin Sabuncu rayonunda yerləşən hərbi hissəsinin yaranmasının 21 - ci ildönümü münasibətilə qeyd olunan hərbi hissədə xidmət edən şəxsi heyəti,  ehtiyatda olan zabitləri, gizirləri, muddətdən artıq xidmət edən hərbi qulluqcuları, cavus və əsgərləri, hörmətli veteranlarımızı  səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə və səxsi həyatda ugurlar arzulayır.
DİN-in Daxili Qoşunların Baş İdarəsinin Sabuncu rayonunda yerləşən hərbi hissəsi 27.06.2003-cü ildə yarandıgı gündən təqdirəlayiq xidmət yolu keçib, zəngin təcrübə toplayıb. Hərbi hissə, öz təyinatına uyğun olaraq, mühüm dövlət obyektlərin,inzibatı binaların mühafizəsi kimi xüsusi bir vəzifəni yerinə yetirir. Şəxsi heyət, həvalə olunan obyektlərin etibarlı mühafizəsini təmin edir, qarovul xidmətində öz sayıqlığı və nizam-intizamı ilə fərqlənir. 
Hər il hərbi hissə öz yaranma gününü xidməti fəaliyyətdə yeni nailiyyətlərlə qarşılayır, zabit, gizir, çavuş və əsgərlər ildən-ilə öz peşəkarlıqlarını daha da artırır, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əzmkarlıq göstərirlər. Onlar Daxili Qoşunların sıralarında hərbi xidmətləri ilə fəxr edirlər
 Hərbi hissənin yenidən qurulmasından sonra  hərbi qulluqçular üçün müasir tələblərə cavab verən xidmət şəraiti yaradılıb. Bu, dövlətimizin şəxsi heyətə yüksək diqqət və qayğısının təzahürüdür. 
Hərbi hissədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Şərəfli hərbi ənənələrə ehtiram göstərilir. 
44 gün davam edən və ordumuzun möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsində xalqımızın igid oğullarının göstərdikləri qəhrəmanlıq nümunələri, hərbi hissənin şəxsi heyətinə də ruh yüksəkliyi aşılayır və vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilir.
Hər il hərbi hissə öz yaranma gününü xidməti fəaliyyətdə yeni nailiyyətlərlə qarşılayır.  Zabit, gizir, çavuş və əsgərlər ildən-ilə öz peşəkarlıqlarını daha da artırır, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində əzmkarlıq göstərirlər. Onlar Daxili Qoşunların sıralarında hərbi xidmətləri ilə fəxr edirlər.
Ölkə prezidentinin  müstəqil ordu quruculuğumuza böyük diqqət və qaygısı nəticəsində  DİN- nin əsas  sturuktur qurumlardan biri olan Daxili Qoşunlarin Bas İdarəsinin tərkibində, Sabuncu rayonunun Bakıxanov qəsəbəsində 27 iyun 2003-ci il tarixində yeni hərbi hissə yaradılmışdır. Həmin hissənin şəxsi heyətinin lazimi  xidmət, məişət, sıra və doyüş hazırlıq səviyyəsinin yaxşılasdırılması məqsədilə idarəetmə qərargahı, əsgər kazarması, yeməkxana, tibb, qarovul məntəqələri hamam ve camaşirxana, texniki və nəzarət buraxlıs məntəqələri, eləcə də digər xidmətlər ücün müvafiq anbarların yaradılmasında  hərbi hissənin maddi texniki  tədris bazası ilə yanaşı, digər  lazımi avadanlıqlarla  inventarlarla və təminat növü ilə təchiz edilməsində  Daxili Qosunlar komandanlıgının gərgin və məhsuldar əməyi olmuşdur. Vətənpərvər, vicdanlı zabit heyətimiz sırasında Şahin Məmmədovun, Elşən Kazımovun, Məhəmməd Mirzəyevin, Fəxrəddin Səmədovun,  məhrum Rəcəb Məmmədovun və Baş İdarənin  bir sıra idarə, şöbə, xidmət rəisləri və onların müavinlərinin  Ağakişi Adigözəlovun,  Cəbrayıl Qurbanovun, Rəhim İsgəndərovun, Arif Məmmədovun, Etibar Ilyasovun, Vaqif Süleymanovun,   Sadiq Xəlilovun, Razim Rzayevin, Qafqaz Həsənovun,  Fuad Həbibovun, Əliheydər Huseynovun, Ələdin Dəmirciyevin,  Rauf  Əliyevin, məhrum Kərəm Əliyevin, məhrum Xanımzər Navataliyevanın və  hərbi hissənin Komandanlıgının xususi rollarını qeyd etmək olar.


Daxili Qosunların Bas İdarəsinin Sabuncu rayonunda yerləşən hərbi hissəsi yaradılarkən, həmin hərbi hissənin ilk komandiri (müharibə veteranı, Azərbaycan Respublikasının "Vətən Ugrunda" medalı ilə, digər medallarla, döş nisanlarla və "Fəxri Fərmanlarla" mükaflandırılmış) istefada olan polkovnik  Abdullayev Ramız Abdulla oğlu; hərbi hissə komandirinin 1-ci muavini - Qəraragah rəisi (bir sıra medalarla, Daxili İşlər Nazirliyinin və Daxili Qosunların  " Əlacı " dös nişanı  ilə, Fəxri Fərmanlarla mükaflandırılmış) polkovnik İsayev İlyas Şirzad oğlu, hərbi hissə komandirinin tərbiyə işləri üzrə muavini (bir necə medallarla təltif edilmis) ehtiyatda olan polkovnik- leytenant  Budaqov Məftun Məmməd  oglu və hərbi hissə komandirinin maddi texniki təminat xidməti üzrə muavini (2-ci  qrup  muharibə əlili , " Hərbi xidmətlərə görə medal ilə və digər medallarla, döş nisanları ilə və "Fəxri Fərmanlarla mukaflandırılmış) istefada olan polkovnik-leytenant  Pənahov Ramiz  Əliyar oğlu olublar.

 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.


Hiç yorum yok:

Yorum Gönder

Pages