20 iyun Ümumdünya Qaçqınlar Günüdür



BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən qətnamə qəbul edib. BMT-nin açıqlamasına görə, hazırda dünyada 80 milyona insan qaçqınlıq həyatı yaşayır. Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzü nəticəsində 30 ildə bir milyona yaxın Azərbaycan vətəndaşı öz evindən didərgin düşüb.

Ölkəmizdə qaçqınların sosial problemləri dövlət tərəfindən yüksək səviyyədə həll olunur. Dövlətimiz qaçqın və məcburi köçkünlərin bütün ehtiyaclarını ödəmək üçün lazımi tədbirləri həyata keçirib. Bu gün məcburi köçkünlərin dayanıqlı məskunlaşması, işğaldan azad edilmiş ərazilərin abad guşələrdən birinə çevrilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər görülür.

Hiç yorum yok:

Yorum Gönder

Pages