2 şəhidin bacısı Həcc ziyarətinə yollanacaq!




Doktor Məhəbbət Sabir qızı Paşayeva 1958-ci il fevralın 8-də Tərtər rayonunda doğulub. Azərbaycan Tibb Universitetini bitirib. Hazırda Medica Hospitalın Poliklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışır. Məhəbbət xanım I Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan tibb xidməti leytenantıdır. Onun 2 qardaşı I Vətən müharibəsi zamanı şəhid olub. Onlardan biri-şəhid Ədalət Paşayev "Azərbaycan bayrağı" ordeninə layiq görülüb. Qardaşı İlham I Vətən müharibəsində, onun oğlu II Vətən müharibəsində ağır yaralanıb.Hər ikisi qazidir.
Məhəbbət xanım 1 nəfər xeyirxah insanın maliyyə dəstəyilə müqəddəs Həcc ziyarətinə yola düşəcək. Yolun uğurlu, ziyarətin qəbul olsun, bacım!
Ziyarət zamanı bizlərin də salamatlılığı üçün dua etməyi unutma!

Hörmətlə,
Şamil Sabiroğlu, jurnalist,
Bakı, 05.06.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages