17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür




Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və  Müharibə Veteranı  polkovnik Salman Musayev


Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. 
 
17 iyun tarixinin Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunması Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi 1918-ci il iyunun 17-də yaradılıb. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə və Sosial Təminat naziri Xudadat bəy Rəfibəyli olub.
 
Bu günün qeyd olunmasında məqsəd tibb işçilərinin zəhmət və əməyinə hörmət və ehtiram göstərmək, onların insan həyatının qorunmasında göstərdikləri əvəzsiz xidmətlərə diqqət yetirmək və Azərbaycanda tibb sahəsinin inkişafına və nailiyyətlərinə nəzər yetirməkdir.
 
Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən gündəlik bir işdir. Bu gün tibbi texnologiyalar və bütövlükdə səhiyyə sistemi nə qədər inkişaf etsə də, tibb işçisi daima insan həyatı və sağlamlığının qorunmasında əsas fiqur olaraq qalacaqdır.
 
Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə ağxalatlı peşə sahibi olan tibb işçilərinə üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən aslı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar.
 
Əsrdən artıq müddətdə Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Ölkəmizdə 760-dan artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə əlaqədar görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.
 
Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.
 
Yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə,44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövliyi uğrunda  gedən döyüşlərdə və Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin sağaldılaraq həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstəriblər.Vətən müharibəsində 159 hərbi tibb işcisi müxtəlif dərəcəli xəsarət alıb, 11 həkim, 7 felşer, 26 tibb təlimatcısı olmaqla  44 tibb işcisi qəhramancasına şəhid olub. 

Allah bütün şəhidlərmizə, Daxili işlər nazirliyi Daxili Qoşunların həyatında  tibb sahəsində öz dəsti -xəttləri və xüsusi xudmətləri olmuş, dünyasını dəyişən ali dərəcəli həkimlərmizə (müharibə veteranları: tibb xidməti polkovniki Siyavuş Rüstəmova, tibb xidməti polkovniki Elcin Əliyeva,tibb xifməti polkovnik leytenantı Xanımzər Nabataliyeva, tibb xidməti polkovnik leytenantı Emin Əfəndiyeva, tibb xidməti mayoru Həsən Cəfərova,tibb xidməti mayoru Mahmud Paşayeva,tibb xidməti mayoru Məhəmməd  Məmmədova və tibb xidməti  kapitanı   Mürşüd Şükürova)  rəhmət etsin.Qəbirləri nurla dolsun.Amin!
 
Bu gün səhiyyə sistemində iştirak edən bütün mütəxəssislərə təşəkkürümü bildirirəm. Həkimlər, əczacılar, laboratoriya köməkçiləri, tibb bacıları, feldşerlər, asayiş keşikçiləri tək bir vəzifəni yerinə yetirirlər - əhaliyə yüksək keyfiyyətli və vaxtında tibbi yardım göstərmək. Bu nəcib bir missiyadır və hər biriniz onun həyata keçirilməsinə töhfə verirsiniz.
 
Bu bayram günündə bütün nəcib peşə sahiblərinə əmin-amanlıq, xoşbəxtlik, firavanlıq, cansağlığı və nikbinlik arzulayıram!
Bu 

Hiç yorum yok:

Yorum Gönder

Pages