Cəbrayılov Ziyadxan Azad oğlu 1 iyun 1947-ci ildə Şamaxı rayonunda anadan olmuşdur.
1970-ci ildə N.K.Krupskaya adına Kitabxanaçılıq Texnikomunun Mədəni-maarif şöbəsinə daxil olub. 1973-cü ildə Bakı xalq yaradıcılıq evində «Qaravəlli» xalq teatrının rejissoru vəzifəsində çalışmışdır.
1975-ci ildə Əbilov adına Mədəniyyət evinin təşviqat briqadasının rəhbəri vəzifəsində çalışmışdır.
1977-ci ildə İncəsənət İnistitunun «Musiqili-komediya aktyorluğu» fakultəsinə daxil olmuşdur.
1985-ci ildə «LRS» folklor ansambılında aktyor kimi fəaliyyətə başlamışdır.
1970-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. Teatrda işlədiyi müddət ərzində «Bəbirlinin kələyi» tamaşasında Nazir, S.Ələsgərov «Subaylarınızdan görəsiniz»də Əbülhəsən, R.Səfər «Baş tutmayan hiylə»də Ağacdələn, Çaqqal, S.Ələsgərov «Özümüz bilərik»də Qəzetçi Səfdər, «Məlik Məmmədin nağılı»nda Aşbaz, «Məzəli əhvalat»da Təlxək, S.Rüstəmov «Beş manatlıq gəlin»də Kar Möhsüm, E.Sabitoğlu «Hicran»da Həkim, S.Ələsgərov «Hərənin öz ulduzu»da Kələntər, E.Sabitoğlu «Nəğməli Könül»də Fərrux kişi, E.Sabitoğlu «Hələlik»də Kar kişi, R.Şəfəq «Bir saat xəlifəlik»də Axund Vali, E.Sabitoğlu «Qırmızı papaq»da Canavar, Meşəbəyi, C.Quliyev «Məhəbbət oyunu»nda Xəstə,S.Fərəcov «Səhnədə məhəbbət»də Cangüdən, Samuray, R.Hacıyev «Talelər qovuşanda»da Yunis, O.Kazımov «Qızıl toy»da Əcnəbi, E.Sabitoğlu «92 dəqiqə gülüş»də polis, O.Rəcəbov «Əlin cibində olsun»da polis, R.Əkbər «Bəydullanın möhtəşəm toyu»nda Şəppəli, R.Mustafayev «Məsmə xala dayımdır»da Biznesmen, V.Adıgözəlov «Aldın payını, çağır dayını»da Zığ-Zığ, E.Sabitoğlu «Bankir adaxlı»da Zərgər, S.Fərəcov «Bir günlük siğə»də Sələmçi, O.Rəcəbov «Şeytanın yubileyi»ndə polis,N.V.Qoqol ”Evlənmə” Jevakin, S.Kərimi,Ə.Ol”Kimyagər”Molla Salman kimi obrazları özünəməxsuz ustalıqla oynamışdır.
30 noyabr 2016 ci ildə vəfat edib
Hiç yorum yok:
Yorum Gönder