Zamin ödədiyi pulu necə geri ala bilər?




 Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı-peşəkar hərbici  və hüquqşunas  polkovnik Salman Musayev
 
Zamin durduğunuz şəxsin yerinə ödədiyiniz pulu necə geri ala bilərsiniz?
Zamin ödədiyi pulu necə geri ala bilər?
Yaxın bildiyiniz bir adam sizdən bankdan pul götürmək üçün ona zamin durmağınızı xahiş edir.
Deyək ki, bank şəxsə krediti verir və müəyyən müddət keçdikdən sonra zamin durduğunuz şəxs pulu banka qaytara bilmir və bu səbəbdən bank həmin pulu sizdən də tələb etməyə başlayır.
Təbii ki, ilkin olaraq siz tələb edilən borcun sizə aid olmadığını və ona görə də borclunun əvəzinə pul ödəməyəcəyinizi bildirəcəksiniz.
Buna baxmayaraq, bank sizi məhkəməyə verəcək və məhkəmə də götürülmüş kreditin zamin durduğunuz şəxsdən və sizdən tutulması haqqında qərar qəbul edəcək.
Bundan sonra isə icra məmuru icra tədbirləri görəcək və qətnamədə qeyd olunan məbləğin hamısını və ya bir hissəsini sizdən tutaraq zamin durduğunuz şəxsin yerinə banka ödəyəcək.
Zamin ondan tutulan pulu kimdən və necə geri ala bilər?
Bunun üçün Mülki Məcəllə reqres iddia anlayışını formalaşdırmışdlr.
Reqres iddia öz vəsaiti hesabına başqasının borcunu ödəmiş və ya başqasının əvəzindən zərər ödəmiş şəxs tərəfindən ödədiyi vəsaitin geri tələb edilməsidir. Yəni, şəxsin öz əmlak vəziyyətini bərpa etmək hüququdur.
Hansı hallarda reqres iddia irəli sürə bilər?
1) Zamin borclunun ödəməli olduğu borcu onun əvəzindən borcverənə ödəyərsə, o , reqres (geriyə tələb və ya əks tələb) qaydada ödədiyi məbləği borcludan tələb edə bilər.
Misal üçün siz zamin durduğunuz iş yoldaşınızın yerinə banka 2000 manat pul ödəmisiniz. Bu halda siz iş yoldaşınıza qarşı reqres iddia ilə məhkəməyə müraciət edərək onun yerinə ödədiyiniz pulu ondan geri tələb edə bilərsiniz.
2) Reqres iddianın şamil edildiyi digər hal isə daha çox işçi və işəgötürən arasında yaranan münasibətlər zamanı ortaya çıxır. Beləki, əmək vəzifələrinin icrası zamanı işçi tərəfindən vurulmuş zərəri ödəmiş işəgötürən reqres iddia qaydasında onun tərəfindən ödənilmiş zərəri işçidən tələb edə bilər.
Misal üçün “Baku Bus” MMC-nin avtobus sürücüsü nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməyərək yol kənarında duran işıq dirəyini aşırdaraq onu yararsız hala salır.
Müvafiq dövlət orqanı “Baku Bus” MMC-dən dəymiş ziyanı dövlətə ödənilməsini tələb edir və “Baku Bus” MMC həmin pulu dövlətə ödəyir.
Bu halda “Baku Bus” MMC işçisinin yerinə ödədiyi pulu sonra öz işçisindən reqres qaydada tələb edə bilər.

Hiç yorum yok:

Yorum Gönder

Pages