2024-cü il mayın 6-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə silsiləvi mühazirələrə başlanılıb.
Mingəçevir şəhər N.Nərimovanov adına 1 saylı tam orta məktəbdə keçirilən mühazirədə MDU-nun Humanitar fənlər kafedrasının bir qrup əməkdaşı, tələbə və şagirdlər iştirak ediblər.
Mühazirəni giriş sözü ilə açan məktəbin direktor müavini Samirə Mirzəyeva nitqində Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsində belə tədbirlərin təşkilinin önəmini vurğulayıb.
Açılış nitqindən sonra proqrama uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Azərbaycan dilinin böyük hamisi: Heydər Əliyev” və baş müəllim Günel Yunusova “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzularında çıxış ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdən sonra 1 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan MDU tələbələri tərəfindən dahi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.
Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.
Hiç yorum yok:
Yorum Gönder