Azərbaycanın daha bir yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Bakmiltv.info xəbər verir ki, idmançımız üçüncü yer uğrunda Patrik Qordanla (Rumıniya) görüşdən qalib ayrılıb.
Qeyd edək ki, digər güləşçimiz Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc mükafata sahib çıxıb.
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olub.
"Report" xəbər verir ki, Xasay Həsənli (77 kq) qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib və rəqibini üstələyib.
Qeyd edək ki, digər güləşçimiz Ziya Babaşov (63 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Məmmədov (55 kq) isə turnirin bürünc mükafatına sahib çıxıb.
Azərbaycanın yunan-Roma güləşçisi Ziya Babaşov (63 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
Bakmiltv.info xəbər verir ki, idmançımız finalda Vitali Yeriomenkonu (Moldova) üstələyib.
Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da başa çatacaq.
Hiç yorum yok:
Yorum Gönder